İranla danışıqlar Trampın ürəyincədir | VİDEO

   İranla danışıqlar Trampın ürəyincədir |  VİDEO
  26 May 2025    Oxunub:472
"ABŞ nümayəndə heyəti bu həftə sonu İranla nüvə proqramı üzrə uğurlu danışıqlarda real irəliləyişə çatıb".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinə minməzdən qabaq jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "İran cəbhəsi" ilə yanaşı Qəzza zolağında Fələstinin iranyönümlü HƏMAS qruplaşması ilə danışıqlardan da yaxşı xəbərlər gəlir.

"Qəzzada atəşkəs üçün İsrail ilə HƏMAS arasında aparılan müzakirələrdə də müsbət irəliləyiş var. Onlarla (HƏMAS-la - red.) danışmışıq. Bütün bu vəziyyəti (münaqişəni - red.) dayandıra biləcəyimizə ümidliyik", - ABŞ lideri söyləyib.

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Sonuncu, yəni beşinci mərhələ isə ötən şənbə Romada keçirilib.


Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti